Müsavat Partiyası dekabrın 14-nə mitinq təyin edib

Müsavat Partiyası dekabrın 14-nə mitinq təyin edib
# 24 noyabr 2014 13:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Divan üzvü Səxavət Soltanlı APA-ya açıqlamasında deyib ki, iclasda ictimai-siyasi məsələlər, dünən keçirilən ümumrespublika müşavirəsi barədə müzakirələr aparılıb.

Onun sözlərinə görə, partiya 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

Mitinqin keçmiş “Məhsul” stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR