ABŞ-da kimyəvi məhsulların istehsalı zavodunda baş vermiş sızma nəticəsində 4 nəfər ölüb

ABŞ-da kimyəvi məhsulların istehsalı zavodunda  baş vermiş sızma nəticəsində 4 nəfər ölüb
# 16 noyabr 2014 04:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-da “DuPont” zavodunda kimyəvi məhsulların sızması nəticəsində 4 nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Texas ştatının şərqindəki La Port şəhərində baş verib. Müəssisədə sızma baş verdikdən sonra hadisə yerinə qəza xidməti cəlb olunub.

Qəzanın fəsadları aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR