Avropalı diplomatlar Liviyadan təxliyə olunur

Avropalı diplomatlar Liviyadan təxliyə olunur
# 02 avqust 2014 10:42 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Böyük Britaniya hökuməti Liviyadakı səfirliyini bağlamaq qərarına gəlib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə krallığın xarici siyasət idarəsinin yaydığı açıqlamada deyilir.

Səbəb kimi Liviyada vətəndaş müharibəsinin geniş vüsət alması göstərilir.

Avropa Birliyi isə artıq öz diplomatlarını Liviyadan Tunisə təxliyə edib. Bildirilir ki, avqustun 4-dən ölkədəki bütün diplomatik nümayəndəlikər öz fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Benqazidə islamçılarla hökumət qüvvələri arasındakı döyüşlərin miqyası genişlənməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR