Rusiya Metsamor AES-in təmiri üçün Ermənistana 270 mln. dollar ayıracaq

Rusiya Metsamor AES-in təmiri üçün Ermənistana 270 mln. dollar ayıracaq
# 19 noyabr 2014 14:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya Ermənistana Metsamor AES-in ikinci reaktorunun təmiri üçün 270 mln. dollar məbləğində kredit ayıracaq.

APA – nın “panarmenian.net” saytına istinadən verdiyi məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan bildirib.

Nazir qeyd edib ki, bu vəsait 2014-2018-ci illər ərzində aparılacaq təmir işlərinə sərf olunacaq.

Kredit 3 faizlə 10 il müddətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR