Fələstin Səhiyyə Nazirliyi Qəzzada keçirilən əməliyyatlarda ölənlərdən 452 nəfərinin adını açıqlayıb

Fələstin Səhiyyə Nazirliyi Qəzzada keçirilən əməliyyatlarda ölənlərdən 452 nəfərinin adını açıqlayıb
# 05 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Fələstin Səhiyyə Nazirliyi iyulun 7-dən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində ölən 452 nəfərin adlı siyahısını açıqlayıb.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Qəzzada ümumi ölü sayı 837, yaralı sayı isə 9450 nəfər olub.

Lakin ölənlərdən hələlik 452 nəfərin şəxsiyyətini müəyyən etmək mümkünn olub.

Ölənlərin çoxunun dağıntılar altında qalması, bəzi bölgələrdə isə öldürülmüş fələstinlilərin cəsədlərinin tapılması mümkün olmadığına görə siyahını tərtib edərkən çətinliklər yaranıb.

“Bəzi ailələrin isə tamamilə məhv edilməsi adların müəyyənləşməsində problem yaradıb. Əksər adların müəyyənləşməsində mərhumların yaxınları ilə əlaqə yaradılıb. Bu siyahıda körpə uşaqlar, azyaşlılar və qadınlar da yer alır”, – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR