ARDNŞ dövlət büdcəsinə ödənişləri 8% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri 8% artırıb
# 10 oktyabr 2014 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən bu ilin sentyabr ayında dövlət büdcəsinə 146 mln. 116 min manat vəsait ödənilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin sentyabr ayı ilə müqayisədə 10 mln. 938 min manat və ya 8,1% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 412 mln. 857 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 227 mln. 765 min manat və ya 19,2% çox olub.

Bundan əlavə, bu ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 644 min manat vəsait köçürüb. Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən DSMF-ə ödəniş 107 mln. 547 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR