Salyanda piyadanı avtomobil vurub

Salyanda piyadanı avtomobil vurub
# 22 oktyabr 2016 22:33 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 39 yaşlı piyadanı avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ələmov Sahib Saleh oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR