Ukrayna münaqişəsi ilə bağlı əlaqələndirmə qrupunun işçi yarımqruplarının iclası başlayıb

Ukrayna münaqişəsi ilə bağlı əlaqələndirmə qrupunun işçi yarımqruplarının iclası başlayıb
# 26 avqust 2015 13:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Minskda Ukrayna münaqişəsi ilə bağlı əlaqələndirmə qrupunun işçi yarımqruplarının iclası başlayıb. APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. “Minskdə mətbuat üçün qapalı otaqda Şərqi Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı iclas başlayıb. Siyasi, humanitar, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı işçi qrupları görüşür”, -deyə Belarus Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub. İclas Belarus paytaxtının mərkəzində “Prezident” otelində keçirilir. Ukraynanın keçmiş prezidenti, Ukraynanın danışıqlar üzrə nümayəndəsi Leonid Kuçmanın mətbuat katibi bildirib ki, əlaqələndirmə qrupunun üzvləri Minsk razılaşmasında əks olunan bütün məsələlər istiqamətində müzakirə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR