Bank Of Baku

Təşkilat rəhbəri: Dini icmalar mənzil böhranının həllində mühüm tərəfdaş ola bilər

Təşkilat rəhbəri: Dini icmalar mənzil böhranının həllində mühüm tərəfdaş ola bilər
# 20 may 2026 16:42 (UTC +04:00)

Dini icmalar qlobal mənzil böhranının həllində hökumətlər və beynəlxalq təşkilatlar üçün mühüm tərəfdaş rolunu oynaya bilər.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada ABŞ-ın Mənzil Bərabərliyi və İnkişafı (Housing Equity and Development – HEAD) təşkilatının təsisçisi və rəhbəri Chris Elisara bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin təxminən 80%-i dini icmalarla əlaqəlidir və bu qurumlar təhlükəsiz, etibarlı və əlçatan mənzil təminatına mühüm töhfə verə bilər.

Chris Elisara qeyd edib ki, 2017-ci ildə Sinqapurda keçirilən din əsaslı şəhər düşüncə platformasında qəbul olunmuş Sinqapur Bəyannaməsində dini təşkilatların ümumi rifah naminə BMT-Habitat ilə əməkdaşlığının Yeni Şəhər Gündəliyinin uğuru üçün vacib olduğu vurğulanıb.

O bildirib ki, WUF13 çərçivəsində təqdim olunan “Faith Pavilion”un Mənzil üzrə Çağırış sənədində hər bir insanın təhlükəsiz, etibarlı və əlçatan mənzilə çıxışının fundamental hüquq olduğu təsdiqlənib.

Chris Elisara BMT-Habitat ilə dini icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsini və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədi 11-in nəzərdən keçirilməsi prosesində bu tərəfdaşlığın daha da dərinləşdirilməsini təklif edib.

Onun sözlərinə görə, məqsəd ayrıca gündəm yaratmaq deyil, mövcud qlobal öhdəliklərin icrasını sürətləndirmək və mənzil hüququnun təmininə birgə töhfə verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR