Bank Of Baku

Strasburqda Azərbaycan və Ermənistan siyasi məktəblərinin nümayəndələrinin görüşü keçiriləcək

Strasburqda Azərbaycan və Ermənistan siyasi məktəblərinin nümayəndələrinin görüşü keçiriləcək
# 24 iyun 2008 16:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli APA. İyunun 30-dan iyulun 4-nə qədər Strasburqda “Siyasi Məktəblər və Yay Universiteti” layihəsi çərçivəsində Azərbaycan və Ermənistan siyasi məktəblərinin nümayəndələrinin görüşü keçiriləcək. APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Avropa Şurası katibliyinin siyasi işlər və demokratiya məsələləri üzrə bas direktoru Jan Lui Loran məlumat verib. O bildirib ki, Avropa Şurası tərəfindən təşkil edilən 3-cü Yay Universitetində “İdarəetmə, hakimiyyət və demokratiya” mövzusu müzakirə ediləcək. Tədbirə 16 Avropa ölkəsindən 600 iştirakçı qatılacaq.
Qeyd edək ki, Bakı Siyasi Məktəbi bu seminarda ikinci ildir iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR