Bank Of Baku

ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Marie Yovanoviç: “Minsk Qrupunun amerikalı həmsədri tələb etməsə, Dağlıq Qarabağ nümayəndələri ilə görüşməyəcəyəm”

ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Marie Yovanoviç: “Minsk Qrupunun amerikalı həmsədri tələb etməsə, Dağlıq Qarabağ nümayəndələri ilə görüşməyəcəyəm”
# 25 iyun 2008 09:34 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, senatorun vetosu üzündən M. Yovanoviçin namizədliyi ilə bağlı müzakirələr bir ay təxirə salınıb. Bunun səbəbi komitə üzvləri tərəfindən diplomata ünvanlanan yazılı sualların bəzilərinin cavabının gecikdirilməsidir. Senator Barbara Bokser bildirib ki, komitə üzvləri yalnız yazılı cavabları aldıqdan və diqqətlə araşdırdıqdan sonra qəti qərar verəcəklər. M. Yovanoviçə yazılı suallar ünvanlayan senatorlar arasında komitənin sədri Co Bayden, tanınmış senatorlar Robert Keysi, Con Kerri və prezidentliyə namizəd Barak Obama da var. M. Yovanoviç C. Baydenin “Ermənistana qarşı blokadanın dayandırılması və Ermənistan, Türkiyə və digər Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlığın bərpası regionun uzunmüddətli inkişafına xidmət etməyəcəkmi” sualına cavabında bildirib ki, Ermənistanın regional əməkdaşlığa cəlb edilməsi ABŞ-ın əsas prioritetidir: “Ağ Ev administrasiyası Ermənistanı Gürcüstanla enerji əməkdaşlığına cəlb edərək son nəticədə ölkəni Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlamaq istəyir. Bu, Ermənistanın enerji mənbələrinin diversifikasiyasına xidmət edəcək. Regiona ümumilikdə baxdıqda isə Ağ Ev administrasiyasının maraqları bir çox məsələlər üzərində köklənib: Azadlıq və demokratiyanın genişlənməsi, kontrterrorizm, separatçı münaqişələrin sülh yolu ilə həll olunması və enerji məsələləri”. Ermənipərəst senator Barbara Bokserin “Dağlıq Qarabağ rəsmiləri sizi həmin əraziyə dəvət etsələr, bu təklifi qəbul edəcəksinizmi” sualına səfirliyə namizəd belə cavab verib: “ABŞ-ın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi və onun işçiləri Dağlıq Qarabağın de-fakto rəsmiləri ilə daim əlaqədədirlər. ABŞ-ın indiki siyasətinə uyğun olaraq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri tələb etmədiyi halda mən Dağlıq Qarabağ rəsmiləri ilə görüşməyəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR