Bank Of Baku

Xəzər İbrahim: “Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik”

Xəzər İbrahim: “Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik”
# 25 iyun 2008 11:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Onun sözlərinə görə, Azərbaycanın müraciəti hər hansı bir narazılıqla əlaqədar deyil: “Mahiyyət etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları fəal surətdə davam etdirəcək. Həmsədrlərinin regiona səfərindən gözləntimiz Ermənistan tərəfinə sərt bəyanatlar vermələridir.” Xəzər İbrahim həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu tərəfindən yeni təkliflər yoxdur, danışıqlar Madrid təklifləri əsasında və BMT-nin martın 14-də qəbul etdiyi qətnamə də nəzərə almaqla beynəlxalq hüquq normalarına uyğun davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR