Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir”

Xəzər İbrahim: “Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir”
# 25 iyun 2008 11:53 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Ermənistanın Avropa Şurası Parlament Assambleyasında ötən gün Azərbaycanla bağlı qəbul edilən qətnaməni ciddi qəbul etməsini istəyirik”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O qeyd edib ki, indiyə kimi Azərbaycanın ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qəbul etdiyi çoxlu sayda qətnamələr var və Azərbaycan tərəfi bu qətnamələrin yerinə yetirilməsini gözləyir: “Müxtəlif təşkilatlar öz mandatlarına uyğun olaraq regionda sülh və stabilliyin təmin olunması üçün iş aparır və müvafiq qərarlar qəbul edirlər, amma əsas qərarların qəbulu deyil, onların icrasıdır”. Xəzər İbrahim vurğulayıb ki, Azərbaycan tərəfi AŞPA qətnaməsinin rəsmi İrəvan tərəfindən tam ciddiliklə ilə qəbul edilməsini və bu ölkənin beynəlxalq ictimaiyyətin rəyi ilə hesablaşmasını gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR