Bank Of Baku

Bolqarıstan səfiri Azərbaycan haqqında kitab hazırlayıb

Bolqarıstan səfiri Azərbaycan haqqında kitab hazırlayıb
# 25 iyun 2008 14:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palçevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bolqarıstan və Azərbaycan arasında münasibətlərin ötən dövr ərzində irəliyə doğru inkişafı və yeni mərhələyə keçməsinin yüksək qiymətləndirən tərəflər, iki dövlətin yüksək rəsmilərinin səfərləri və iqtisadi sahədə qarşılıqlı marağın artmasından irəli gəldiyini vurğulayıblar.
Səfir Azərbaycanda diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edərək, Bolqarıstan ictimaiyyəti üçün Azərbaycan haqqında kitab hazırladığını, kitabda tariximiz, mədəniyyətimiz və mənzərəli yerlər barədə maraqlı faktları topladığını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR