Bank Of Baku

Strasburqda Avropa Şurasının “Mədəniyyətlərarası dialoqa dair ağ kitabı”nın təqdimatı keçirilib

Strasburqda Avropa Şurasının “Mədəniyyətlərarası dialoqa dair ağ kitabı”nın təqdimatı keçirilib
# 27 iyun 2008 07:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Avropa Şurasının “Mədəniyyətlərarası dialoqa dair ağ kitabı”nın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, konfransında Avropa Şurasının baş katibi Terri Devis, Elm, Təhsil, Mədəniyyət, İrs, İdman və Gənclər üzrə Baş Direktorluğunun rəhbəri Qabriella Battani-Draqoni və Nümayəndələr Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə məruzəçilər qrupunun sədri Eleonora Petrova-Mitevska iştirak ediblər. Avropa Şurasının mədəniyyətlərarası dialoqa böyük diqqət yetirdiyini vurğulayan Avropa Şurası rəsmiləri bu məsələnin indiki dövrdə çox önəmli mövzu olduğunu qeyd ediblər. Xanım Draqoni-Battani bildirib ki, kitabın nəşrində məqsəd müdəniyyət müxtəlifliyinin həzm olunmasını asanlaşdırmaqdır. O, “Ağ Kitab”ın tərcümə edilərək müxtəlif ölkələrdə yayımlanacağını bildirib. Draqoni-Battani Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində Avropa Şurası UNESCO, Sivilizasiyaların Alyansı kimi təşkilatlarla, eləcə də Avropa İttifaqının İnsan Haqlarına dair Vyana Agentliyi ilə tərəfdaşlıq edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR