Bank Of Baku

Böyük Britaniyaya miqrasiya ilə bağlı yeni sistemin tətbiqinə başlanıb

Böyük Britaniyaya miqrasiya ilə bağlı yeni sistemin tətbiqinə başlanıb
# 30 iyun 2008 14:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniyaya miqrasiyanın nəzarəti üzrə yeni sistemin tətbiqinə başlanıb. Bu ölkənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gündən Böyük Britaniyaya getmək istəyən yüksək ixtisaslı işçilər, iş adamları və sərmayədarlar Avstraliya xal toplama üsulu bazasında yaradılmış yeni sistem əsasında viza üçün müraciət edə biləcəklər. Yeni sistemə əsasən müraciət müəllifləri viza şöbəsinin tələbini qane etmək üçün özlərinin Britaniyanın inkişafına müsbət töhfələr verə biləcəklərini sübut edəcək qədər xal toplamalıdırlar. Bu xallar ixtisas, yaş, əvvəlki qazanc və Britaniya təcrübəsi kimi obyektiv meyarlar əsasında veriləcək. Viza üçün müraciət edən şəxsin ərizə formasını doldurmazdan əvvəl nə qədər xal toplayacağını hesablamaq imkanı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR