Bank Of Baku

Bu gün Batumidə GUAM-ın növbəti sammiti keçiriləcək

Bu gün Batumidə GUAM-ın növbəti sammiti keçiriləcək
# 01 iyul 2008 08:14 (UTC +04:00)
APA-nın məlumatına görə, sammitdə 4 üzv ölkədən 3-nün Gürcüstan, Ukrayna və Azərbaycanın prezidentləri, eləcə də Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkus iştirak edəcəklər. Ümumilikdə zirvə toplantısına 25 ölkə və beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri qatılacaq. Toplantı “GUAM Avropanın şərqini birləşdirir” devizi altında keçiriləcək. Sammitin yekunları əsasında Batumi Bəyannaməsi, birgə kommünike, nəqliyyat və tranzit potensialından istifadə haqqında Bəyannamə, Gürcüstanın təşkilatda sədrlik proqramı qəbul olunacaq. Batumidə ənənəvi GUAM+ABŞ, GUAM+Avropa Birliyi, GUAM+Yaponiya görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR