Bank Of Baku

Viktor Yuşşenko: “GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir”

Viktor Yuşşenko: “GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir”
# 02 iyul 2008 07:20 (UTC +04:00)
Ukrayna prezidenti Viktor Yuşşenko GUAM son dərəcə uğurlu layihə adlandırıb: “Sammitdə təkcə region üçün deyil, bütün Avropa üçün əhəmiyyət daşıyan layihələri müzakirə etdik. Bizi təkcə keçmiş deyil, gələcək də birləşdirir. Ümidvaram ki, məqsədlərimizə nail olacağıq”. Viktor Yuşşenko GUAM-ın münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməli olduğunu deyib: “Gürcüstan, Azərbaycan və Moldova ərazisində həllini tapmayan münaqişələr təhlükə faktoru olmaqla yanaşı qeyri-stabilliyə səbəb olur. Bəzi münaqişələrlə bağlı ortada nəinki nizamlanma planı, heç danışıqlar prosesi də yoxdur. Bu dialoqun təşkili üçün GUAM-ın cəhdlərini gücləndirmək lazımdır”. Brifinqdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev əsas diqqəti regional təhlükəsizlik məsələlərinə yönəldib: “Regional təhlükəsizlik məsələləri bir kənara atılmalı deyil, çünki bizim inkişafımız regiondakı təhlükəsizlikdən asılıdır. Bizim ölkələrimizdə yüz minlərlə insan separatçı təcavüzkarlıq siyasətindən əziyyət çəkir, bu problemlər öz həllini tapmalıdır”. Gürcüstan prezidenti Mixail Saakaşvili isə ölkəsinin çox çətin vəziyyətdə olduğunu bildirib: “Ümidvaram ki, indiki dünyada Avropanın parçalanması və sərhədlərə yenidən baxılması təhlükəsi ilə üzləşməyəcəyik”. Polşa prezidenti Lex Kaçinski Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini deyib: “Heç bir ölkə öz ərazisində başqa ölkənin qoşunlarının olmasına dözümlülük nümayiş etdirə bilməz. Abxaziya Gürcüstanın bir hissəsidir. Ümidvarıq ki, bu münaqişə regionu ətrafında vəziyyət yaxın zamanlarda dəyişəcək”. Lex Kaçinski həmçinin dekabrda NATO Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanın alyansa qəbul olunmasına dair fəaliyyət planına qəbul olunması ideyasını dəstəkləyəcəyini bəyan edib. Litva prezidenti Valdas Adamkus isə GUAM ərazisində dondurulmuş münaqişələrin təcili olaraq həllinin vacibliyini bildirib: “Bir ölkənin başqa ölkənin ərazisinə soxulması, yaxud həllini tapmayan münaqişələrin qalması kimi hallara yol vermək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR