Bank Of Baku

Çində azadlıqdan məhrum edilmiş iki Azərbaycan vətəndaşı ilin sonuna kimi ekstradisiya ediləcək

Çində azadlıqdan məhrum edilmiş iki Azərbaycan vətəndaşı ilin sonuna kimi ekstradisiya ediləcək
# 09 iyul 2008 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev verib. O, ekstradisiya prosesinin ləngiməsinin Çində gedən daxili siyasi proseslər və Olimpiya Oyunlarına hazırlıqla əlaqələndirib: “Ekstradisiya prosesinin başa çatması üçün ən azı yarım il vaxt lazımdır. Buna görə də vətəndaşlarımızın ölkəmizə ilin sonuna kimi təhvil veriləcəyini düşünürük”. Qeyd edək ki, hazırda Çin həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarından biri qadın, digəri kişidir. Adı açıqlanmayan qadın oğurluq etdiyinə görə bu ölkənin məhkəmə orqanları tərəfindən mühakimə olunub və 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər soydaşımız isə narkotik maddələr alveri ilə məşğul olduğuna görə tətbiqi iki il təxirə salınmaqla ömürlük azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR