Bank Of Baku

ABŞ səfiri: “İranın yeni raket sınaqlarının Azərbaycanda da narahatlıq doğurmasının məntiqi səbəbləri var”

ABŞ səfiri: “İranın yeni raket sınaqlarının Azərbaycanda da narahatlıq doğurmasının məntiqi səbəbləri var”
# 10 iyul 2008 09:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Daim qeyd etmişik ki, ölkəmizin maraqlarına qarşı raket təhdidi ehtimalı həmişə var”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi verib. İranın yeni raketləri sınaqdan keçirməsinə münasibət bildirən ABŞ səfiri ölkəsinin məhz bu səbəbdən raket əleyhinə müdafiə sistemi yaratmaqda maraqlı olduğunu bildirib: “ABŞ və tərəfdaşlarının İranla bağlı mövqeyi ondan ibarətdir ki, bu ölkənin nüvə proqramına dair məsələlər diplomatik üsullardan istifadə edilərək, dinc yollarla öz həllini tapmalıdır. İranın yeni raketi sınaqdan keçirməsi Azərbaycan üçün də narahatlıq doğurur. Bu narahatlıq üçün çox məntiqi səbəblər var”. Ann Dersi İrana yeni stimullar paketi təqdim edildiyini deyib: “ABŞ və tərəfdaş ölkələr bu yaxınlarda İrana yeni stimullar paketi təqdim ediblər. İran bu stimullardan yararlanaraq uranın zənginləşdirilməsi planını yenidən nəzərdən keçirə və müəyyən qərara gələ bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR