Fuad İsmayılov: “Madrid təklifləri Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir”
- Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Parlament Assambleyasının seçkilərlə bağlı müşahidə missiyaları formalaşıbmı?
- Missiyalar hələ formalaşmayıb, çünki əvvəlcə bizim qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətindən dəvət gəlməlidir. Yalnız ondan sonra missiyanın tərkibini formalaşdırmaq olar. Adətən bu cür missiyalar ATƏT, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti təmsilçilərindən ibarət beynəlxalq missiya şəklində formalaşdırılır. İki missiya yaradılacaq uzunmüddətli və qısamüddətli. Qısamüddətli missiya bilavasitə seçki ərəfəsində Azərbaycana gələcək.
- Bu yaxınlarda ATƏT-in ehtiyacların öyrənilməsi üzrə missiyası Azərbaycanda səfərdə olub.
- Bəli, bu missiya ölkədəki vəziyyəti, qanunvericilikdən başlayaraq KİV məsələsinə qədər nələrə ehtiyac duyulduğunu, seçki hazırlığının necə işıqlandırıldığını öyrənib və müvafiq təhlil aparıb. Missiya ilkin hesabat hazırlayacaq və ATƏT-in beynəlxalq missiyası yaradılarkən bu sənəd diqqətə alınacaq. Amma sənədin əhəmiyyətini şişirtmək də lazım deyil, orada yazılanların heç də hamısı nəzərə alınmayacaq. Bu, sadəcə, ilkin qiymətləndirmədir və missiyanın formalaşdırılmasında yardımçı rol oynayır.
- ATƏT-in Azərbaycandakı vəziyyətlə əlaqədar bəzi narazılıqları var. Onlar bu məsələləri sizinlə müzakirə edirlərmi?
- ATƏT-in seçki hazırlığını müşahidə edən əsas strukturu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Varşavada yerləşir. Həm bizim missiyamız, həm də Polşadakı səfirliyimiz bu qurumla fəal əməkdaşlıq edir. Biz hansısa vacib informasiya çatdırmaq lazım gələndə, eləcə də həllini gözləyən məsələlər ortaya çıxanda tez-tez görüşürük. Hazırda DTİHB Azərbaycanın Prezident Aparatı, Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyi ilə çox fəal, konstruktiv əməkdaşlıq edir. Qanunvericiliklə, Seçki Məcəlləsi ilə bağlı ortaya çıxan məsələlər bu strukturlarla birlikdə həll olunur. Bütün bunlar ajiotaja yol vermədən, işçi qaydada, dialoq yolu ilə həllini tapır.
- Bir qədər irəli gedərək Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyini ehtimal etsək, ATƏT-in ölkəyə hansısa sanksiyalar tətbiq etməsini gözləmək olarmı?
- ATƏT heç bir sanksiya tətbiq edə bilməz. Seçkilərin keçirilməsinə dair beynəlxalq normalar var, eyni zamanda milli qanunvericilik də mövcuddur. Ona görə də biz həmişə deyirik ki, seçkilər həm beynəlxalq normalar, həm də milli qanunvericilik çərçivəsində keçirilməlidir. Ancaq milli qanunvericilik mütləq ilk sırada dayanmalıdır bu, hər ölkənin prioriteti və milli suverenlik məsələsidir. Hətta seçkiyə müşahidəçi dəvət edib-etməmək də ölkənin suveren hüququdur. Yaxın keçmişdə ATƏT-in seçkilərə dəvət edilmədiyi hallara da rast gəldik məsələn, Rusiya. Lakin ATƏT-lə qarşılıqlı əlaqələrimizin səviyyəsi elədir ki, biz bütün problemli, kəskin məsələləri konstruktiv dialoq yolu ilə həll edirik.
- Azərbaycana tutulan iradlardan biri KİV azadlığı ilə bağlıdır. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ötən həftə bununla bağlı hazırladığı hesabatda mövqeyinin dəyişmədiyini ortaya qoydu. Siz onun mövqeyinə təsir göstərməyə çalışırsınızmı?
- Müəyyən ağrılı məqamlara baxmayaraq, Mikloş Haraştinin ofisi ilə normal, işgüzar münasibətlərimiz var. Mikloş Haraştinin ofisinin hesabatları onların normal işidir. Biz bəzi qiymətləndirmələrlə razı deyilik və bunu onların nəzərinə çatdırırıq. Mən hesab edirəm ki, bu ofis KİV-in peşəkarlığının artırılması sahəsində Azərbaycana böyük köməklik göstərə bilər.
- Azərbaycan ATƏT-in Minsk Qrupunda həmsədrlərin dəyişdirilməsi prosedurunu öyrənmək üçün təşkilata sorğu göndərdi və cavab aldı. Bu addım hansı məqsəd güdürdü? Bakı hansısa həmsədrin dəyişməsini istəyir? Belə söz-söhbət var ki, Azərbaycan hakimiyyəti Metyu Brayzanın dəyişdirilməsini tələb edir.
- Məsələ bu cür qoyulmayıb. Bütün bunlar mart ayında gündəmə gələn prosedur xarakterli məsələlərdir. Biz Minsk Qrupunu bir institut kimi, həmçinin onun mandatını şübhə altına almamışıq. Söhbət konkret şəxslərin həmsədrlərin dəyişməsindən gedirdi. Çünki nəzəri olaraq da elə vəziyyət yarana bilər ki, cənab “A”nı, cənab “B” ilə əvəzləmək lazım gələr. Hazırda bu məsələ gündəmdə deyil. İndi başlıca məsələ prezidentlərin Sankt-Peterburq görüşü zamanı həmsədrlərin dediyi kimi, Madriddə irəli sürülmüş təkliflər siyahısı üzərində işi davam etdirməkdir. Mən onları həmsədrlər kimi baza prinsipləri yox, məhz təkliflər siyahısı adlandırıram. Bu təkliflər ən əvvəl Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir. Bu sənəddə ərazi bütövlüyü prinsipi, işğalçı qoşunların çıxarılması əksini tapmalıdır.
- Siz Minsk Qrupunu Dağlıq Qarabağ münaqişənin həlli üçün yetərli mexanizm sayırsınızmı? ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker həm də Dağlıq Qarabağ üzrə məruzəçi idi. Onun yerinə yeni məruzəçi təyin olunacaqmı?
- Çox güman ki, yeni məruzəçi təyin olunacaq. Münaqişələr ATƏT PA-nın gündəmindəki əsas məsələlərdən biridir. Qoran Lenmarker olmasa da, başqa bir nəfər bu missiyanı üzərinə götürə bilər. ATƏT PA-nın yeni sədri məruzəçi ola bilərmi? Hər şey onun özünün bu məsələ ilə şəxsən maraqlanıb-maraqlanmayacağından asılıdır. Ola bilər ki, yeni prezidentin prioritetləri fərqli olsun. Amma istənilən halda Minsk Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğu bir mexanizmdir. Biz təbii ki, Minsk Qrupunun işinin effektli olub-olmadığını, bu mexanizmdən məmnun qalıb-qalmadığımızı söyləyə bilərik. Ancaq bizim bu qrupa konkret suallarımız da var. Biz sonu görünməyən və əks tərəf üçün sərfəli olan danışıqların neçə il davam edəcəyini bilmirik. Ona görə də həmsədrlərə deyirik: vaxt gedir, effekt isə yoxdur. Həmsədrlər təcavüzkar ölkəni inandıra və beynəlxalq prinsipləri ona qəbul etdirə bilmirlər. Bu səbəblə münaqişənin həlli prosesi uzanır, bu isə bizim maraqlarımıza uyğun deyil. Bizim işğal olunmuş ərazilərimizdə ağlasığmaz işlər törədilir.
- İşğal olunmuş ərazilərdən söz düşmüşkən, Bernard Snounun yanğınların qiymətləndirilməsi ilə bağlı missiyası bölgəyə gəldi və hazırladığı məruzədə hər şeyi təbiətin üstünə atdı. Azərbaycan ATƏT-dən yeni missiya göndərməyi xahiş edəcəkmi?
- Bernard Snounun hesabatında verdiyi tövsiyələr bizi qane edə bilməz. Biz Dağlıq Qarabağ ərazisindəki ekoloji vəziyyətdən narahatıq. Söhbət təkcə yanğınlardan getmir. B. Snounun dediyi kimi, bu gün işğal altındakı ərazilərdə Azərbaycan və Ermənistanın hansısa birgə ekoloji aksiyası qətiyyən mümkün deyil hər şeydən əvvəl təhlükəsizlik problemi ilə bağlı bu mümkünsüzdür. 2006-cı ildə biz bu məsələni ATƏT və BMT-də qaldırarkən birmənalı söyləmişdik ki, işğalçı qoşunlar yanğınlar törədilən ərazilərdən çıxarılmalıdır. Normal ekoloji əməliyyat aparmaq üçün bu, çox vacibdir. Axı avtomat lüləsi altında necə işləmək olar? Yeni yanğınların qarşısı alınmalı, torpaq örtüyü bərpa olunmalıdır. Bunun əvəzində bizə mövcud şəraitdə hansısa ekoloji əməliyyatların aparılması təklif olundu. Əvvəla, qarşı tərəflə əməkdaşlıq məsələsində bizim tutduğumuz mövqe bunu mümkünsüz edir. Digər tərəfdən, hətta təmas xəttinin bizim ordumuzun nəzarət etdiyi hissəsində də iş aparmaq təhlükəlidir. Hazırkı vəziyyət elədir ki, hətta ən primitiv iş görmək aparmaq imkanı belə yoxdur. Bu, yalnız o halda mümkün ola bilər ki, Ermənistan Silahlı Qüvvələri işğal altındakı torpaqlardan çıxarılsın.
- Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq mövzusuna keçid edək. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, 2009-cu ildə Azərbaycanda nüvə-tədqiqat reaktorunun tikintisi başlayacaq. Agentliyin nümayəndəsi Andrey Çupov isə 2009-cu ildə tikintinin yox, danışıqların başlayacağını deyir. Həqiqət nədən ibarətdir?
- Həqiqət bunun ortasındadır. Konkret müddət barədə danışmaq çətindir və bu mərhələdə çoxyönlü, kompleks müzakirələr davam etdirilməlidir. Söhbət təkcə tədqiqat reaktorunun tikintisindən və onun istismarından getmir. Hüquqi aspektlər, mühafizə, yer məsələsi də var. Danışıqlar artıq başlanıb. Bizim ekspertlər Vyanada, beynəlxalq agentliyin ekspertləri isə Bakda olublar. Konkret müddət müzakirələrdə əldə ediləcək irəliləyişdən asılı olacaq. İrəliləyiş olsa, hesab edirəm ki, 2009-cu ili tikinti meydançasının hazırlanması baxımından başlanğıc hesab etmək olar. Əks təqdirdə, bu məsələ 2010-cu ilə qədər uzana bilər.
- Bəs Avstriya ilə qarşılıqlı əlaqələr necə inkişaf edir? Bu ölkənin prezidentinin Azərbaycana səfəri planlaşdırılmışdı. Niyə reallaşmadı?
- Avstriyanın Avropa Birliyində sədrliyi qəbul etməsi, eləcə də bir sıra digər səbəblərdən səfər təxirə salındı. Bu il isə Azərbaycanın çoxlu işləri var. İki ölkə arasında xüsusən enerji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Bu səbəblə Avstriya rəhbərliyi ölkə prezidentinin Azərbaycana səfərinin təşkilini ciddi şəkildə nəzərdən keçirir.
- Rusiya prezidentinin Azərbaycana səfəri “Nabucco” layihəsinin fəal iştirakçılarından biri kimi Avstriyanı narahat etmir ki? Azərbaycan öz təbii qazını Rusiyaya satarsa, nə baş verəcək?
- Avstriya bu məsələdən qətiyyən narahat deyil. Məndə belə fikir yaranır ki, bu mövzuya Bakıda bir cür, Avropada isə başqa cür baxırlar. Orada məsələni dramatikləşdirmirlər. Avropa Birliyinin yanaşması belədir: təbii qaza olan böyük ehtiyac nəzərə alınaraq bütün boru kəmərləri layihələri mümkün sayılır və bunlar bir-birini istisna etmir. Avropanın təbii qaza ehtiyacı gündən-günə artır, hasilat isə azalır. Ona görə də Avropa narahatlıqla yeni enerji mənbələri axtarır və qarşısına çıxacaq bütün imkanlardan yararlanmağa hazırdır. Məsələn, Avstriyanın “Nabucco”da iştirak edən aparıcı şirkəti OMW “Qazprom”la da, Azərbaycanla da eyni dərəcədə əməkdaşlıq etməyə hazırdır. Bizim iştirakımız isə iqtisadi maraqlarımızdan asılıdır layihənin sərfəli olub-olmadığına biz özümüz qərar verəcəyik. Avropa elə şərtlər yaratmalıdır ki, biz bu layihədə iştirakın iqtisadi cəhətdən sərfəli olduğuna inanaq.

Xarici siyasət
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq