Bank Of Baku

Rusiyanın Qəbələ RLS-lə bağlı təklifi qüvvədədir

Rusiyanın Qəbələ RLS-lə bağlı təklifi qüvvədədir
# 10 iyul 2008 11:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Qəbələ RLS-dən birgə istifadə etmək barədə təklifi qüvvədədir. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak deyib. O bildirib ki, Rusiyanın ümumavropa təhlükəsizliyinin qorunmasına yönəlmiş təşəbbüslərindən, o cümlədən Qəbələ RLS-dən birgə istifadə barədə təklifindən hələ istifadə edilə bilər: “Qəbələ ilə bağlı təkliflərimiz həm ABŞ, həm də NATO-nun təhlükəsizlik maraqlarına cavab verəcək əməkdaşlıq haqqında ümumi konsepsiyanın bir hissəsidir”. Çexiya ilə ABŞ arasında raket hücumundan müdafiə sahəsində imzalanmış sənədə toxunan diplomat, amerikalıların öz ssenariləri ilə hərəkət etdiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR