Bank Of Baku

Azərbaycan diplomatlarının cəbhə bölgəsinə səfərlə bağlı təəssüratları

Azərbaycan diplomatlarının cəbhə bölgəsinə səfərlə bağlı təəssüratları
# 11 iyul 2008 19:54 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. “ Burda gördüklərimiz bizə əlavə informasiyalardır. Biz bu məlıumatlara əsaslanaraq, təmsil etdiyimiz ölkələrdə keçirəcəyimiz görüşlərdə, tədbirlərdə, daha tutarlı faktlara söykənərək, çıxış edə biləcəyik”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan diplomatlarından ibarət qrupun tərkibində cəbhə bölgəsinə səfər edən İstanbuldakı baş konsul Səyyad Aran deyib. O, Azərbaycanın bu qədər nizamlı və peşəkar ordusunun olmasından çox sevindiklərini və qürur hissi keçirdiklərini deyib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da cəbhə bölgəsinə səfərin onun üçün çox maraqll olduğunu söyləyib. Səfir bildirib ki, Azərbaycanın bu bölgəsinə ilk dəfə səfər edir və qaçqın şəhərciyini, baş verənləri əyani olaraq yerində görmək onda bir diplomat kimi daha aydın təsəvvür yaradır.
Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev isə bildirib ki, xalqımız
düşmənin şayiələrini ifşa edib, həqiqəti dünyaya çatdırmalıdır: “Biz hər yerdə hər mənada haqlı olduğumuzu sübut etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR