Bank Of Baku

Xəzər İbrahim: “Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil”

Xəzər İbrahim: “Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil”
# 14 iyul 2008 10:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycan-İran münasibətlərinin ABŞ-la münasibətlərimizə, yaxud əksinə ABŞ-la münasibətlərimizin İranla olan münasibətlərimizə heç bir aidiyyəti yoxdur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim verib. ABŞ səfiri Ann Dersinin İranın fəaliyyətinin Azərbaycan üçün də təhlükə doğurması fikrini şərh edən Xəzər İbrahim bildirib ki, Azərbaycan müxtəlif dövlətlərlə öz münasibətlərini bərabər hüquq əsasında qurur: “Azərbaycan regionda sülh və sabitlik tərəfdarıdır, biz bölgədəki bütün ölkələrlə regionda sabitliyin bərqərar olunması üçün iş görürük və bu işimizi bundan sonra da davam etdirəcəyik. Region onsuz da münaqişələrlə doludur, hansısa digər yeni problemin yaranması regionun mənafeyinə uyğun deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR