Bank Of Baku

Səfir Abbasəli Həsənov: “İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq”

Səfir Abbasəli Həsənov: “İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq”
# 16 iyul 2008 14:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq”. Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, komissiyaya təqdim olunacaq layihələrin sayının artırılması istiqamətində müvafiq işlər aparılır. Toplantının vaxtı isə müzakirəyə çıxarılacaq sənədlər tam hazır olduqdan sonra müəyyənləşdiriləcək. Hər bir halda komissiyanın toplantısı yaxın bir neçə ay ərzində keçiriləcək. Qeyd edək ki, Azərbaycan-İran dövlətlərarası müştərək komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR