Bank Of Baku

Fransanın Azərbaycandakı səfiri : “BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri yerinə yetirilməlidir”

Fransanın Azərbaycandakı səfiri : “BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri yerinə yetirilməlidir”
# 17 iyul 2008 10:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “BMT təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələr yerinə yetirilməlidir. Təəssüflər olsun ki, qəbul olunan bir çox qətnamə yerinə yetirilmir”. Bu fikirləri APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Qabriel Keller söyləyib. BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair qətnamələrinin yerinə yetirilməməsinə dair sualı cavablandıran səfir xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının İsrail tərəfindən zəbt olunmuş torpaqların azad edilməsi və keçmiş Yuqoslaviya ilə bağlı bir neçə qətnaməsi də yerinə yetirilməmiş qalıb. “Qətnamələrin yerinə yetirilməsinə müdaxilə etmək olar. Bu, BMT Xartiyasının 7-ci bəndinə əsasən, silahdan istifadə yolu ilə baş verə bilər. Lakin bunun üçün bütün üzv dövlətlərin razılığı lazımdır”. Səfir bəyan edib ki, Fransa BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin yerinə yetirilməsini vacib sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR