Bank Of Baku

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
# 18 iyul 2008 12:52 (UTC +04:00)
Bakı APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Temistoklis Dimidisi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki dövlət arasında əlaqələrin daha da dərinləşdirilməsinə, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu qeyd edən tərəflər Xəzər dənizindən təbii qazın dünya bazarlarına ixracında Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin əhəmiyyətini və bu sahədə Azərbaycan-Yunanıstan tərəfdaşlığını yüksək qiymətləndiriblər. Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayan E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Ermənistanın öz qonşuları ilə mehriban münasibətlər qurmalı olduğunu bildirib. Səfir də heç bir dövlətin öz qonşularını seçmək iqtidarında olmadığını, bu baxımdan taraz qonşuluq münasibətlərinin qorunub saxlanmasının vacibliyini vurğulayıb və Türkiyə ilə Yunanıstan arasında artan əməkdaşlığı buna nümunə göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR