Bank Of Baku

ATƏT PA prezidentinin xüsusi nümayəndəsi Qoran Lenmarker sentyabrın 1-də Azərbaycana gələcək

ATƏT PA prezidentinin xüsusi nümayəndəsi Qoran Lenmarker sentyabrın 1-də Azərbaycana gələcək
# 28 avqust 2008 15:16 (UTC +04:00)
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində həyata keçiriləcək. Azərbaycandan sonra o, Ermənistan və Gürcüstanda olacaq.

ATƏT PA-nın sentyabrın 18-21-də Torontoda keçiriləcək iclasında Q. Lenmarker Gürcüstanda vəziyyətə dair məruzəsini təqdim edəcək.

Qeyd edək ki, Q. Lenmarker avqustun 16-da Gürcüstan və Cənubi Osetiyada vəziyyətə dair üzrə xüsusi məruzəçi təyin olunub. O, həmçinin ATƏT PA prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsidir.
Bundan əvvəl isə Q. Lenmarker ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi və 2 il ərzində isə qurumun prezidenti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR