Bank Of Baku

Elmar Məmmədyarov Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı, baş nazir və prezidentlə danışıqlar aparacaq

Elmar Məmmədyarov Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı, baş nazir və prezidentlə danışıqlar aparacaq
# 29 avqust 2008 09:23 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə işgüzar səfəri başlayır.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, E. Məmmədyarovun səfərində məqsəd iki ölkə arasında münasibətlər, Cənubi Qafqazda baş verən son hadisələr, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr və digər məsələləri müzakirə etməkdir.

E. Məmmədyarov bu gün türkiyəli həmkarı Mehmet Əli Babacan, baş nazir Rəcəb Tayyip Ərdoğan və prezident Abdullah Güllə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR