Bank Of Baku

Serj Sərkisyan: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar formatının dəyişdirilməsi ciddi təhlükələr doğura bilər”

Serj Sərkisyan: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar formatının dəyişdirilməsi ciddi təhlükələr doğura bilər”
# 11 sentyabr 2008 15:50 (UTC +04:00)
İrəvan-APA. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatında mümkün dəyişikliklər ciddi təhlükələr doğura bilər”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan söyləyib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün imkanların tükənmədiyini bildirən Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun hələ bu istiqamətdə çox işlər görməli olduğunu deyib: “Problem odur ki, problemin həll müstəvisinin dəyişdirilməsi cəhdləri ciddi təhlükələr doğura bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilir. 14 ildir “nə sülh, nə müharibə” vəziyyəti yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin aktiv fəaliyyəti nəticəsində qorunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR