Bank Of Baku

ABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək

ABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək
# 11 sentyabr 2008 16:40 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamenti gələn həftə demokratiya üzrə qlobal dialoqun gücləndirilməsi məqsədi daşıyan beynəlxalq müsabiqənin başlanmasını elan edəcək. ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin başlanması BMT-nin 15 sentyabr birinci Beynəlxalq Demokratiya Günündə baş tutacaq. Məlumata görə, Azərbaycan da daxil olmaqla dünyanın hər yerindən klip çəkənlər bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət olunacaqlar. Qeyd olunub ki, Demokratiya Televiziya Müsabiqəsi perspektivli klip çəkənləri, demokratiya müdafiəçilərini və ümumi ictimaiyyəti “Demokratiya budur....” ifadəsini tamamlayan video kliplər çəkməyə dəvət edəcək. Qaliblər ictimaiyyətin internet səsverməsi ilə seçiləcəklər. Altı regional qalib öz kliplərinin Nyu-York, Hollivud və Vaşinqtonda göstərilməsi, kino rejissorları, dövlət xadimləri və qeyri-hökumət təşkilatlarından olan demokratiya müdafiəçiləri ilə görüşlər və kino və televiziya çəkilişlərində vaxt keçirmək daxil olmaqla, ABŞ-a çox bahalı səfər etmək haqqına sahib olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR