Bank Of Baku

Azərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb

Azərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb
# 12 sentyabr 2008 07:25 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısı iki ölkə arasında qədim tarixi olan qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib: “Biz ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təşkilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə sizin yanınızda olacağıq”.

Öz növbəsində, Azərbaycanı qardaş ölkə adlandıran Özbəkistan prezidenti iki ölkənin həm tarixi, həm də mədəni baxımdan yaxın olduğunu qeyd edib: “Dünyada bir-birinə məhz öz kökləri ilə bağlı olan iki dövlət, iki xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və həmişə bir-birimizi başa düşəcəyik”.

Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olub. Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə Özbəkistanın Dövlət Təbiəti Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Özbəkistanın Rabitə və İnformasiyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.

Azərbaycan və Özbəkistan hökumətləri arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər haqqında sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Özbəkistan tərəfdən xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev imzalayıblar.

Azərbaycan və Özbəkistan hökumətləri arasında vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Özbəkistan tərəfdən baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar.

Azərbaycan və Özbəkistan hökumətləri arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.

Azərbaycan və Özbəkistan hökumətləri arasında humanitar sahədə əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.

Sonuncu saziş isə Azərbaycan və Özbəkistan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri ilə bağlı olub. Sazişi Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfdən isə baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR