Bank Of Baku

Metyu Brayza: “Azərbaycanla Ermənistan arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək”

Metyu Brayza: “Azərbaycanla Ermənistan arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək”
# 18 sentyabr 2008 07:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı Heydər Əliyev hava limanında jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib: “Hazırda Rusiya ilə münasibətlərdə müəyyən çətinliklər var, amma düşünürəm ki, Moskva Gürcüstan prezidenti ilə imzaladığı sazişə əməl etməyə başlayan zaman bu çətinliklər aradan qalxacaq”. Cənab Brayza Bakıya səfərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, enerji məsələləri və xarici işlər nazirlərinin Nyu-York görüşünün keçiriləcəyini dəqiqləşdirmək məqsədi daşıdığını bildirib. Türkiyənin münaqişənin nizamlanması prosesində rolu məsələsinə toxunan həmsədr bununla bağlı Ankarada danışıqlar apardığını qeyd edib: “Ankaradakı dostlarımız bildirdi ki, onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yardım etmək istəyirlər. Türkiyə bu prosesə öz töhfəsini verə və Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər”. Amerikalı həmsədr münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bir daha açıqlayıb: “Əgər tərəflər arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR