Bank Of Baku

Bernar Fasie: “Müharibə münaqişənin həll vasitəsi deyil, qonşuların faciəsindən nəticə çıxarmaq lazımdır”

Bernar Fasie: “Müharibə münaqişənin həll vasitəsi deyil, qonşuların faciəsindən nəticə çıxarmaq lazımdır”
# 18 sentyabr 2008 08:37 (UTC +04:00)
Həmsədr Məmmədyarov-Nalbandyan görüşünün çox çətinliklə razılaşdırıldığını qeyd edib: “Xarici işlər nazirlərinin iş qrafiki onsuz da gərgindir, bu səbəbdən görüşü razılaşdırmaq çox çətin oldu. Görüşdə maksimum səy göstərəcəyik ki, Azərbaycanda prezident seçkilərinə kimi iki ölkənin dövlət başçısının görüşünün baş tutması üçün mümkün şərait formalaşdırılsın. Dövlət başçıları iş qrafikini bir daha dəqiqləşdirməlidir ki, Sankt-Peterburqda başlamış dialoqu davam etdirə bilsinlər”.

BMT Baş Assambleyası çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçılarının üçtərəfli görüşünə gəldikdə isə Fasie bu məsələnin onun səlahiyyətlərinə daxil olmadığını bildirib. Bununla belə cənab Fasie Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz töhfəsini vermək niyyətini alqışladıqlarını bildirib: “Türkiyənin bu prosesə yardım göstərmək niyyəti və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək vermək cəhdləri həmişə arzuolunandır. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür və həmsədrlər ildə bir neçə dəfə görülən işlərlə bağlı bütün üzvlər qarşısında hesabat verirlər. Türkiyə həmişə nizamlanma prosesinə konstruktiv yanaşması ilə seçilib, lakin danışıqlar formatı əvvəlki kimi qalır. Danışıqları üç həmsədr aparacaq, Minsk Qrupunun digər üzvlərinin, o cümlədən Türkiyənin istənilən təklifi isə yalnız alqışlana bilər. Həmsədrlər Türkiyə-Ermənistan münasibətlərinin normal məcraya qayıtmasına çox şaddır”.

Bernar Fasie həmsədrlərin regiona ayrı-ayrılıqda səfər etməsini onların fərqli iş qrafiklərində çalışması ilə izah edib: “Təəssüf ki, gərgin iş qrafiki ilə əlaqədar biz regiona birgə səfər edə bilmədik. Amma bu, o demək deyil ki, həmsədrlər arasında sıx əməkdaşlıq hansısa dəyişikliklərə uğrayıb. Biz regiona səfərlərimizi öz aramızda razılaşdırmışıq. Nyu-Yorkda isə birgə görüş keçirməyi nəzərdə tuturuq”.

İrəvanda çox konstruktiv görüşlər keçirdiyini deyən Fasie qeyd edib ki, Ermənistan rəhbərliyi ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin əleyhinədir: “İrəvan və Xankəndində çox konstruktiv görüşlər keçirdim. Bu görüşlərdə bir daha təsdiq edildi ki, bu günə kimi hərbi əməliyyatların başlamamasını səbəbi ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı danışıqlar olub”. Fasie əlavə edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması hər iki tərəf üçün intihar demək olardı: “Cənubi Qafqaz regionunda baş verən son hadisələr ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin hərbi yolla həllinin yolverilməzliyi haqqında bəyanatlarının nə qədər haqlı olduğunu ortaya qoydu. Müharibə münaqişənin nizamlanması vasitəsi deyil, bu, hər iki tərəf – həm qalib, həm də məğlub tərəf üçün intihar demək olardı. Çünki hərbi əməliyyatlardan sonra meydana çıxacaq problemləri də birgə həll etmək lazım gələcək. Qonşuların faciəsindən nəticə çıxarmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR