Bank Of Baku

ABŞ dövlət katibinin müavini: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda sülhün təmin olunması üçün hər şey edəcəyik”

ABŞ dövlət katibinin müavini: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda sülhün təmin olunması üçün hər şey edəcəyik”
# 18 sentyabr 2008 08:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns deyib. Senatın Xarici İşlər Komitəsində “Rusiyanın Gürcüstana təcavüzü” mövzusunda çıxış edən U. Berns Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidentini İrəvana dəvət etməsini alqışlayıb və Abdulla Gülün bu dəvəti qəbul etməsindən məmnun olduqlarını bildirib: “Onların görüşü qarşılıqlı münasibətlərdə yeni atmosfer yaradır və əlaqələrin inkişafına ümid verir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması bütün Cənubi Qafqazda ticarət və kommunikasiya yollarının açılmasına da kömək edə bilər”.

U. Berns Dağlıq Qarabağ münaqişəsinin həllinin də bu kontekstlə sıx bağlı olduğunu söyləyib: “Biz Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağda uzunmüddətli sülhün təmin olunması üçün mümkün olan hər şeyi edəcəyik”.

Dövlət katibinin müavini ABŞ-ın öz müttəfiqləri ilə birlikdə Cənubi Qafqaz enerji dəhlizinin genişləndirilməsi yollarını axtaracağını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR