Bank Of Baku

Azərbaycan və Rusiya ekspertləri Samur çayından səmərəli istifadə məsələlərini müzakirə edirlər

Azərbaycan və Rusiya ekspertləri Samur çayından səmərəli istifadə məsələlərini müzakirə edirlər
# 18 sentyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mahaçqalada Samur çayından səmərəli istifadə və onun su ehtiyatlarının qorunması üzrə əməkdaşlığa dair saziş layihəsini hazırlayan Azərbaycan-Rusiya ekspertlərinin ikigünlük birgə işçi görüşü başlayıb. APA-nın «RİA Daqestana»-na istinadən verdiyi məlumatına görə, Azərbaycan nümayəndə heyətinə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmmədsadıq Quliyev rəhbərlik edir.

Görüş iştirakçıları Samurun deltasına axıdılan suyun ekoloji cəhətdən təmizliyi, çaydan səmərəli istifadə və onun su ehtiyatlarının qorunması üzrə əməkdaşlığa dair saziş layihəsini müzakirə edirlər.

Qeyd edək ki, ekspertlərin birinci görüşü bu il iyulun 24-də Bakıda keçirilib. Samur çayının uzunluğu 230 kilometrdir, onun 38 kilometri dövlət sərhədidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR