Bank Of Baku

Metyu Brayza: “ABŞ Azərbaycanın yanında olacaq”

Metyu Brayza: “ABŞ Azərbaycanın yanında olacaq”
# 18 sentyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. “Vitse-prezident Dik Çeyninin Azərbaycana səfəri münasibətlərimizin dərinləşdirilməsinə bir işarədir. ABŞ Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi və inkişafında ciddi şəkildə maraqlıdır”. APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza deyib. Onun fikrincə, beynəlxalq öhdəliklərini yerinə yetirən Azərbaycan bu sahədə Rusiyaya nümunə ola bilər: “Azərbaycan öz öhdəliklərini necə yerinə yetirirsə, Rusiya da Medvedev-Sarkozi razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir”. M. Brayza bildirib ki, Azərbaycan istər dinc, istərsə də problemli dövrdə ABŞ-ın dəstəyinə ümid edə bilər və xüsusən Gürcüstandakı hadisələrdən sonra ABŞ Azərbaycanın yanında olacaq. Gürcüstandakı vəziyyətə toxunan amerikalı diplomatın sözlərinə görə, Rusiya güc nümayişi üçün özündən qat-qat zəif ölkəni qurban kimi seçib: “Vaşinqtonda Cənub Qafqazdakı münaqişələrin tarixçəsini yaxşı bilirlər. Rusiya qəsdən Cənubi Osetiya və Abxaziya sakinlərinə pasportlar paylayıb ki, sonradan bundan hərbi müdaxilə üçün əsas kimi istifadə etsin”. M. Brayza hazırda Rusiyanın 18-19-cu əsrlərdəki kimi hərəkət etdiyini söyləyib: “Ümid edirik ki, Rusiya tezliklə 21-ci əsrə qayıdacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR