Bank Of Baku

Metyu Brayza: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb”

Metyu Brayza: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç vaxt bugünkü qədər diqqət ayırmayıb”
# 18 sentyabr 2008 16:08 (UTC +04:00)
APA-nın məlumatına görə, həmsədr Azərbaycan və Birləşmiş Ştatların aktiv əməkdaşlığı davam etdirdiyini qeyd edib: “Hazırda bu əməkdaşlığın ən əsas aspekti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır”. Metyu Brayzanın sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz hər iki münaqişə tərəfinə razılığa gəlmələri üçün yardım etmək niyyətindəyik. Bu razılaşma ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, daha sonra beynəlxalq hüququn digər təcrübəsindən yararlanmaq lazımdır. Biz hər iki tərəfi qane edən yol tapmalıyıq, daha sonra biznesdə olduğu kimi saziş imzalanmalıdır. Mənim rəhbərlərim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç zaman bugünkü kimi diqqət ayırmayıblar”. Metyu Brayza Bakıda digər həmsədr Bernar Fasie ilə görüş planlaşdırdığını, həmçinin rusiyalı həmsədr Yuri Merzlyakovla əməkdaşlığı davam etdirməyə ümidvar olduğunu bildirib.

O, həmçinin Türkiyənin təklif etdiyi Qafqaz Əməkdaşlıq və Sabitlik Paktına da münasibətini açıqlayıb: “Regionda sülhün bərqərar olmasına xidmət edən istənilən addım təqdirəlayiqidir. Türkiyə həm Birləşmiş Ştatların, həm də Azərbaycanın müttəfiqidir. Əgər bu ölkə sülhün bərqərar olmasına töhfə vermək istəyirsə, bu, yaxşı haldır. Bəzi region ölkələri bu platformada ABŞ və Avropa İttifaqının nə üçün iştirak etmədiyinin, yeni formatda yalnız Türkiyə və Rusiyanın təmsil olunmasının səbəbini soruşurlar. Və Gürcüstan da bildirir ki, bu ölkənin ərazi bütövlüyünü pozan Rusiya ilə birgə bu layihədə iştirak etməyə hazır deyil. Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri deyil, amma bu ölkə Azərbaycan və Ermənistan barədə bizdən daha çox məlumatlıdır”.

Metyu Brayza Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları da müsbət qiymətləndirib: “Hər iki ölkə siyasi nöqteyi-nəzərdən mühüm addımlar atıblar. Bu, yeni istiqamətdir, Gürcüstanda baş verən hadisələrdən sonra yeni istiqamətlər lazımdır”.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirən amerikalı həmsədr bildirib ki, nə zaman görüşmək lazım olduğunu dövlət başçıları müəyyənləşdirirlər: “Biz diplomatlar isə yalnız məsləhət veririk”.

GUAM ölkələrinin Gürcüstanda baş verən hadisələrə münasibətini açıqlayan Metyu Brayza bu ittifaqın rəsmi Tiflisə açıq dəstək verdiyini deyib: “Məsələn, Viktor Yuşşenko bu dəstəyi açıq şəkildə etiraf etdi. Bəzi hallarda bu dəstək sakit şəkildə, amma son dərəcə əhəmiyyətli oldu”. Metyu Brayza bildirib ki, ABŞ-ın regionla bağlı siyasəti dəyişməyəcək: “Biz yalnız regionda daha aktiv olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR