Bank Of Baku

Edvard Nalbandyan: “Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm”

Edvard Nalbandyan: “Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm”
# 19 sentyabr 2008 09:37 (UTC +04:00)
APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan verib. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın “Türkiyə Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər” fikirlərinə münasibət bildirən Edvard Nalbandyan qeyd edib ki, həmsədr səhvə yol verib: “O yəqin ki, Ermənistan deyil, Azərbaycan demək istəyirmiş. Həm Türkiyə, həm də Azərbaycan rəhbərləri dəfələrlə “Biz bir millət, iki dövlətik” ifadəsini işlədiblər. Bu kontekstdə Türkiyənin Ermənistana təsir etməsi fikri məncə bir az şişirdilib”.

Edvard Nalbandyan Nyu-Yorkda Türkiyə və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşün əleyhinə olmadığını bildirib: “Hələ sentyabrın 6-da İrəvanda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşümüz zamanı bu görüş barədə razılıq əldə olunub. Cənab Babacan görüşün üçtərəfli formatda keçirilməsini təklif edib. Mən belə bir görüşün keçirilməsini əleyhinə deyiləm”.

Ermənistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var: “Bu əsaslar bütün ölkələrin regional əməkdaşlığı üçün yaxşı imkanlar yarada bilər”. ATƏT-in Minsk Qrupu formatının özünü doğrultduğunu bildirən Edvard Nalbandyan qeyd edib ki, bu format beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir: “Münaqişənin nizamlanması istiqamətində danışıqlar davam edir. Bu danışıqlar əvvəlki formatda və Minsk Qrupunun təklif etdiyi əvvəlki təkliflər əsasında aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR