Bank Of Baku

Britaniya XİN-in nümayəndəsi: “Cənubi Qafqazda münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli vacibdir”

Britaniya XİN-in nümayəndəsi: “Cənubi Qafqazda münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli vacibdir”
# 19 sentyabr 2008 12:54 (UTC +04:00)
London-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyində Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ser Brayn Fol ilə görüş keçirib. XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə enerji, regional və beynəlxalq vəziyyət və qarşılıqlı əlaqələr ətrafında müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb. Brayn Fol isə Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb və bunun regionda sabitliyin və rifahın bərqərar olmasına təkan verəcəyini qeyd edib. Görüşdə həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və bu ölkənin Azərbaycandakı səfiri Kerolayn Braun da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR