Bank Of Baku

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 60-cı iclası keçirilib

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 60-cı iclası keçirilib
# 19 sentyabr 2008 13:36 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasın yekunlarına həsr olunmuş mətbuat konfransında şuranın İcraiyyə Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov görüşdə 11 dövlətin nümayəndə heyətlərinin iştirak etdiyini, Gürcüstan Sərhəd Xidməti nümayəndələrinin obyektiv səbəbdən tədbirə qatılmadıqlarını bildirib. O, görüşdə MDB-yə üzv ölkələrin sərhədlərində mövcud vəziyyət, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, 2008-ci il ərzində keçirilmiş birgə xüsusi sərhəd əməliyyatlarının nəticələri, terrorçuluq, ekstremizm və digər qeyri-qanuni fəaliyyətlə mübarizə - ümumilikdə 24 məsələnin müzakirə olunduğunu və 31 qərar qəbul edildiyini deyib. Qərara alınıb ki, yeni çağırış və təhlükələrə adekvat reaksiya vermək üçün mobil ehtiyatlar, sərhəddə vəziyyətlə bağlı informasiya mübadiləsi aparmaq üçün avtomat sistemi yaradılsın. Sərhədlərin elmi səviyyədə qorunması məqsədilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyası tərəfindən proqram da hazırlanacaq.

Sualları cavablandıran A. Manilov Rusiya-Azərbaycan sərhədində heç bir insidentin baş vermədiyini, terrorçuluq, ekstremizm və digər qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə aparıldığını söyləyib. Şuranın digər beynəlxalq təşkilatların müvafiq qurumları ilə əməkdaşlığından danışan general-polkovnik Avropa Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa dair sənədlər imzalanacağını açıqlayıb.

İclasda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev “MDB-nin sərhədlərinin qorunmasında fərqləndiyinə görə” döş nişanı ilə təltif olunub. Azərbaycan prezidenti İlham Əliyevə də “MDB-nin sərhədlərinin qorunmasında fərqləndiyinə görə” və “Sərhədyanı əməkdaşlığın möhkəmlənməsinə görə” döş nişanları verilib.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının fəaliyyətində müşahidəçi qismində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR