Bank Of Baku

Səfir Hulusi Kılıc: “Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək”

Səfir Hulusi Kılıc: “Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyi həmişə davam edəcək”
# 19 sentyabr 2008 15:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Tarix keçmişin aynasıdır. Biz bu aynada 1918-ci il hadisələrini, Azərbaycan-türk qardaşlarının kürək-kürəyə dayanıb bir mücadilə apardığını, 1918-ci ildə bu torpaqları kimlərin işğal etmək istədiyini görürük”. APA-nın məlumatına görə, bu açıqlamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç verib. Milli Azərbaycan Tarixi Muzeyində açılan Qafqaz İslam Ordusu və Bakının azad edilməsinə dair sərgi ilə tanış olan səfir hər kəsin bu sərgini görməsini tövsiyə edib: “Türkiyə-Azərbaycan qardaşlığına hələ şübhə edənlər varsa, buyurub, bu sərgiyə baxsınlar. Onlar görəcəklər ki, bizim qardaşlığımız Çanaqqala savaşı, Azərbaycan torpaqlarının qurtuluşundan sonra Türkiyədəki istiqlal savaşında azərbaycanlı qardaşlarımızın Atatürkə etdiyi yardımlarla, daha sonra isə Dağlıq Qarabağ məsələsində davam edib, həmişə də davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR