Bank Of Baku

ABŞ prezidenti Ağ Evdə iftar süfrəsi açıb

ABŞ prezidenti Ağ Evdə iftar süfrəsi açıb
# 19 sentyabr 2008 15:42 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Corc Buş Ağ Evdə iftar süfrəsi açıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iftarda administrasiyanın, ABŞ-dakı müsəlman icmasının nümayəndələri, diplomatik korpusun təmsilçiləri və konqresmenlər iştirak edib. İştirakçılar qarşısında çıxış edən C. Buş artıq 8 ildir Ağ Evdə müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə iftar verməyi ənənə halına saldıqlarını bildirib: “Biz amerikalı müsəlmanların ölkəmizə çoxsaylı töhfələrini xüsusi hörmətlə xatırlayırıq. Bütün dünyadakı müsəlmanlara “Ramazan bayramınız mübarək olsun” deyirik”.

Hazırda dünyanın hər yerində 1 milyarddan artıq müsəlmanın Ramazan ayını hər gün tutulan oruc, səmimi dua və xeyriyyəçiliklə qeyd etdiyini vurğulayan C. Buş Ramazan müddətində islamın uzun və şanlı tarixini xatırladıqlarını söyləyib: “Bu gün burada müsəlman icmasının öz peşələrində ən yüksək zirvəyə qalxmış üzvlərini ehtiramla salamlayırıq. Qonaqlarımız arasında “Apollo” proqramında işləməkdən tutmuş, səhiyyə və tibb sahəsində uğur qazanmış, internet üçün qabaqcıl proqramlar hazırlamağa qədər çox müxtəlif nailiyyətlərə sahib şəxslər var”.

C. Buş dünyanın hər yerində indiyə qədər azadlıqdan xəbəri olmayan milyonlarla insana azadlığı yaymaq üçün müsəlmanlarla tərəfdaşlıq etdiklərini deyib: “Biz onilliklər boyu davam edən zülmdən sonra İraq və Əfqanıstan xalqlarına azad cəmiyyətlər qurmaq işində kömək edirik. Bu düşüncə ayında biz Birləşmiş Ştatların Silahlı Qüvvələrinin uniformasını geyinən bütün cəsur amerikalı müsəlmanları xatırlayacağıq. Mən onların Ali Baş Komandanı olmaqdan şərəf duyuram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR