Bank Of Baku

Politoloq Aleksandr Karavayev: “Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil”

Politoloq Aleksandr Karavayev: “Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil”
# 09 oktyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil”. APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsinə dair informasiya-analitik mərkəzinin siyasi proqnozlaşdırma xidmətinin rəhbəri Aleksandr Karavayev söyləyib. O, münaqişənin yalnız üç əsas faktorun nəzərə alınması halında mümkünlüyü vurğulayıb: “Birinci faktor danışıqlar formatının dəyişdirilməsi, Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının qəbul edilməsidir. Burada əsas rolu ikitərəfli münasibətlərin gücləndirilməsi tendensiyasına ayırmaq lazımdır. Hesab edirəm ki, bu kontekstdə 2010-2011-ci illərdə münaqişənin nizamlanması istiqamətində bəzi irəliləyişlər ola bilər. İkinci faktor Azərbaycanda iqtisadi situasiyanın necə inkişafından ibarətdir. Əgər növbəti 5 il ərzində Azərbaycan Cənubi Qafqaz ölkələrin yeni uğurlu inkişaf modeli təqdim edə bilsə, Ermənistan bu münaqişənin nizamlanmasında müəyyən addımlar atmalı olacaq. Üçüncü faktor isə Ermənistan daxilində ictimai situasiyanın dəyişməsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR