Bank Of Baku

ATƏT “Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar” adlı sənədi hökumət qurumlarına təqdim edib

ATƏT “Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar” adlı sənədi hökumət qurumlarına təqdim edib
# 09 oktyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu “Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar” adlı sənədi hökumət qurumlarına təqdim edib. ATƏT-dən APA-ya verilən məlumata görə, bu qanunla bağlı venesiya Komissiyasında keçirilən son diskussiyalarda qeyd olunub ki, qanun beynəlxalq standartlara tam cavab verir: “Lakin bu qanunun düzgün tətbiq olunması üçün təlimatlar hazırlamaq lazımdır. Bununla əlaqədar belə razılaşdırılıb ki, DTİHB və ATƏT-in Bakı Ofisi qeyd olunan təlimatların hazırlanmasında Azərbaycanın müvafiq qurumlarına köməklik edəcək. Bu təlimatlar sərbəst toplaşmaq azadlığı ilə bağlı ATƏT-in əsas sənədlərinə və digər beynəlxalq aktlara əsaslanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR