Bank Of Baku

Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Soçiyə gedib

Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Soçiyə gedib
# 22 oktyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi Daxili İşlər Nazirləri Şurasının sabah Soçidə keçiriləcək növbədənkənar iclasında kriminal avtomobil biznesinə qarşı mübarizə məsələləri müzakirə olunacaq. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda kriminal avtomobil biznesi, o cümlədən ağır tonnajlı nəqliyyat vasitələrinin cinayətkarlıqla qəsb olunması məsələləri müzakirə olunacaq. Rusiyada oğurlanmış avtomobillərin daşınma marşrutlarının təhlili göstərir ki, əksər hallarda həmin maşınlar Baltikyanı ölkələr, Belarus və Ukrayna vasitəsilə Şərqi Avropaya göndərilir. Elə həmin yolla Avstriya, Almaniya, Hollandiya və Polşada oğurlanmış avtomobillər MDB məkanına daşınır. 2005-2007-ci illərdə yalnız Rusiya ərazisində digər dövlətlərdə oğurlanmış 2 mindən artıq avtomobil qeydə alınıb, Ukraynada bu rəqəm 700-dən yuxarıdır. Şura bu cür cinayətkarlıqla birgə mübarizə artırmaq məqsədilə görüləcək tədbirlər haqqında qərar qəbul edəcək.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, daxili işlər naziri Ramil Usubov iclasda iştirak etmək üçün artıq Soçiyə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR