Bank Of Baku

Abdullah Gül: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin vasitəçilik etməsini Serj Sərkisyan təklif edib”

Abdullah Gül: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin vasitəçilik etməsini Serj Sərkisyan təklif edib”
# 23 oktyabr 2008 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Abdullah Gül amerikalı jurnalistlərlə görüşündə bəyan edib. Abdullah Gül bildirib ki, Türkiyənin münaqişənin nizamlanması prosesində vasitəçilik etməsini o yox, Serj Sərkisyan irəli sürüb: “Bunu mən təklif etməmişəm. Bu təklifi İrəvanda görüşümüz zamanı Serj Sərkisyan səsləndirib. Mən isə dedim ki, Qafqazda hər hansı problem tək iki ölkəni deyil, bütün regionu öz ağuşuna alır. Və buna misal olaraq Gürcüstandakı son hadisələri göstərdim”. Abdullah Gül qeyd edib ki, Qafqaz regionunda hər hansı problemin həlli yalnız inkişafa səbəb ola bilər: “Mənim Ermənistana səfərimdən sonra əhəmiyyətli tərəqqi var. Ermənistana səfərimdən sonra Azərbaycanda oldum, öz həmkarım Əliyevlə görüşdüm. Daha sonra Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirildi”. Türkiyə prezidenti həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycanı çox mühüm enerji kəmərləri birləşdirir: “Mən bütün bəyanatlarımda bildirmişəm ki, Ermənistanla problemlər həllini tapan kimi bu ölkə bütün layihələrdə iştirak edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR