Bank Of Baku

ABŞ səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərini izləmək üçün xüsusi mərkəz yaradacaq

ABŞ səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərini izləmək üçün xüsusi mərkəz yaradacaq
# 23 oktyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ABŞ-da prezident seçkiləri günü səsvermənin gedişini və səslərin sayılmasını izləmək üçün Bakıda xüsusi mərkəz yaradılacaq. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərkəz təxminən səhər saat 6-dan 11-ə kimi açıq olacaq, ora gələnlər quraşdırılmış monitorlar vasitəsilə seçkilərin gedişi barədə məlumat ala biləcəklər. Azərbaycanda yaşayan seçicilərin seçkilərdə necə səs verəcəyinə gəldikdə isə, səfirlikdən bildiriblər ki, ABŞ-da vahid seçki sistemi olmadığı üçün, burada seçki məntəqəsi yaradılmayacaq: “ABŞ unitar dövlət deyil, 50 ştatdan ibarətdir və hər bir ştatın bir-birindən fərqlənən öz seçki qanunvericiliyi var. Bu sistem mərkəzləşdirilməmiş sistem adlanır. ABŞ-da əsas meyar olaraq seçicinin fərdi məsuliyyəti götürülür. Seçkilər günü xaricdə olan ABŞ vətəndaşları səslərini internet və yaxud da poçt vasitəsilə ilə göndərirlər. Məsələn, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson və onun ailə üzvləri ABŞ-da qeydiyyatda olduqları yerə müraciət edərək, oradan lazımi bülletenləri alıblar və artıq həm prezident seçkiləri, həm Senat və Konqresə seçkilər, həm yerli hakim və polis rəisi seçkilərində öz səslərini veriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR