Bank Of Baku

Azərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib

Azərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib
# 23 oktyabr 2008 09:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının (BENS) geniş tərkibli nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müdafiə naziri görüşdə Azərbaycanın son illər əldə etdiyi iqtisadi-siyasi uğurlarından, ordu quruculuğu prosesində qazanılmış irəliləyişlərdən danışıb. Regionda mövcud olan gərgin hərbi-siyasi durum, Dağlıq Qarabağ probleminin həllini ləngidən amillər və digər məsələlər görüşdə əsas müzakirə mövzusu olub.

Nümayəndə heyətinin başçısı istefada olan general Çarlz Boyd, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının müavini, vitse-admiral Riçard Qallager və nümayəndə heyətinə daxil olan digər şəxslər Azərbaycanla bağlı onları maraqlandıran məsələlər barədə müdafiə naziri ilə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dersi də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR