Bank Of Baku

Vasili İstratov: “Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır”

Vasili İstratov: “Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır”
# 23 oktyabr 2008 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif formatlardan (Minsk Qrupu, üçtərəfli görüş) istifadə olduğunu söyləyərək bildirib ki, əsas məsələ nəticənin əldə edilməsidir. Nizamlanma prosesinə sıfırdan başlamağın mümkünsüzlüyünü vurğulayan diplomat Minsk Qrupu çərçivəsində böyük təcrübə toplandığını və bundan istifadə etməyin zəruri olduğunu söyləyib: “Minsk Qrupu çərçivəsində irəli sürülən bir sıra təkliflər tərəflər arasında hələ razılaşdırılmayıb”.

V. İstratov Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşünün keçirilməsi barədə təklifin Azərbaycan tərəfinə çatdırıldığını açıqlayıb: ”Təklifin qəbul və ya rədd edildiyindən xəbərsizəm”. O, görüşün baş tutacağını, dəqiq tarixin hələ müəyyənləşmədiyini deyib: “Hazırkı situasiyada münaqişənin həlli üçün əlavə imkanlar yaranıb. Cənubi Qafqazda vəziyyət mürəkkəbdir. Bu problemləri həll etmək lazımdır, hər şeyin öz-özünə həll olunacağını gözləmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR